Paytaxtda 6791 şagird MƏKTƏBİNİ DƏYİŞİB
    • 29-12-2019, 13:50
    • 755

Paytaxtda 6791 şagird MƏKTƏBİNİ DƏYİŞİB

2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb. 

BŞTİ-nin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqəyə 2 239 şagird qatılıb. Onlardan 1 631-i müsabiqənin nəticələrinə görə müvəffəq olub.