
-
- Bu gün, 08:52
- 301
ABŞ-də FƏLAKƏT: Xeyli sayda ölən var
ABŞ-də həftəsonu başlayan tornado və toz fırtınası ölkənin cənubunda böyük dağıntılara səbəb olub.
News24.az xəbər verir ki, həyatını itirənlərin sayının 36-ya yüksəldiyi bildirilib.
340 mindən çox ev elektriksiz qalıb və ən çox ölüm halı Missuri ştatında qeydə alınıb. Qubernator Mayk Kehoe şəhərdə axtarış işlərinin davam etdiyini açıqlayıb. Ştatda 500-dən çox ev dağılıb.
Eyni zamanda, Missisipi də tornadoların vurduğu başqa bir ştat kimi qeydə alınıb. Ştatın 20-dən çox şəhərində dağıntılar baş verib.
Günel Məlikzadə

