Həyat yoldaşını iki kişi ilə görən iş adamı öldürüldü
Dünya
Türkiyənin Dənizli şəhərində 49 yaşlı iş adamı Fedai Karagöz evində ölü tapılıb.
News24.az xəbər verir ki, hadisə noyabrın 25-də baş verib.
İddiaya görə, iş səfərindən gözləniləndən tez qayıdan Fedai Karagöz həyat yoldaşını evdə iki kişi ilə yaxalayıb. Tərəflər arasında başlayan mübahisə davaya çevrilib.
Qonşuların evdən gələn səs-küy barədə polisə məlumat verməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Mənzilin qapısını açaraq içəri daxil olan polis 49 yaşlı kişinin əlləri və ayaqları iplə bağlanmış meyitini aşkar edib.
Hadisə ilə bağlı mərhumun həyat yoldaşı Asiye Karagöz və daha iki nəfər saxlanılıb. İlkin ehtimala görə, iş adamı döyüldükdən sonra boğularaq öldürülüb.
Məlumata görə, saxlanılan şəxslərdən ikisi başqa otaqda gizlənməyə çalışıb.
Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Ərazidəki təhlükəsizlik kameralarının görüntüləri də istintaqa təqdim edilib.