Ayağından 3 dəfə güllələdilər
    • 2-08-2019, 00:48
    • 923

Ayağından 3 dəfə güllələdilər

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.
News24.az  Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Qəzənfər oğlu Nəcəfov Bərdə rayon mərkəzi xəstəxanasına gətirilib.
Həmin şəxsin ayaq nahiyəsindən üç güllə yarası aldığı bildirilir. Əməliyyat olunan 36 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
İnsidentin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.