Parlaq yaylıq - 2025-ci ilin əsas dəbli aksesuarı
    • Dünən, 15:06
    • 209

Parlaq yaylıq - 2025-ci ilin əsas dəbli aksesuarı

Dəb tendensiyaları daim dəyişsə də, bəzi aksesuarlar həmişə aktual qalır. Onlardan biri də yaylıqdır.

Lent.az bu aksesuarları sizə təqdim edir:

Bundan bir neçə il əvvəl bu aksesuar nadir hallarda istifadə olunsa da, məşhur brendlər, xüsusilə də Hermès, yaylıqları satışda saxlayırdı. Son bir neçə mövsümdə isə onlara maraq sürətlə artıb. 2025-2026 payız-qış mövsümü üçün yaylıqlar Paris və Milan Moda Həftələrində çoxlu sayda lüks brendlərin kolleksiyalarında yer alaraq modanın əsas hitinə çevrilib. Buna görə də tezliklə midl-market və mass-market brendləri də yaylıqlara xüsusi diqqət yetirəcək.

Moda nümayişlərində, küçə tərzində və məşhurların seçimlərində yaylıqların fərqli formalarını görmək mümkündür. 2025-ci ildə bu aksesuarı necə dəbli şəkildə istifadə etmək olar?

1. Papaq və yaylıq kombinasiyası

Məşhur it-girl Hailey Bieber bu tərzi hələ keçən il nümayiş etdirdi və trend oldu. Yaylıq + kepka kombinasiyası artıq insanları təəccübləndirmir və sərin havalarda tərzli bir seçim sayılır.

2. Boyuna yaylıq bağlamaq

Bu, ən asan və klassik üsullardan biridir. Boyunda bağlanmış yaylıq obrazınızı daha maraqlı və zərif göstərəcək.

3. Çantanı yaylıqla bəzəmək

Dəb nə qədər dəyişsə də, çantanı parlaq yaylıqla bəzəmək həmişə aktual olub və qalır. 1960-70-ci illərdə Jane Birkin də bu üslubu seçirdi.

4. Başda bəndana kimi bağlamaq

Bu üslub isti günlər və küləkli havalar üçün ideal seçimdir. Başınızı həm günəşdən qoruyur, həm də şıq görünüş yaradır.

5. Başa bağlayıb boyuna düyünləmək

Bu üsul köhnə filmlərdəki obrazları xatırladır. Xüsusilə palto, gödəkçə və digər qış geyimləri ilə mükəmməl uyğunlaşır.

6. Çiyinlərə atmaq

Sadəcə çiyinlərinizə atın və ya sinə nahiyəsində yüngülcə bağlayın. Əgər neytral rəngli geyimlər geyinsəniz, parlaq yaylıq obrazınızı daha cəlbedici edəcək.

7. Saçları yaylıqla bəzəmək

İncə yaylıq seçərək onu saç hörgüsünə toxuya, toppuzun ətrafına dolaya və ya saçınıza dolayıb bağlaya bilərsiniz. Bu üsul saç düzümünüzü dərhal dəyişdirəcək və fərqli bir tərz yaradacaq.

Bu il yaylıqlar moda dünyasında əsas aksesuar hesab olunur və hər geyim tərzinə uyğun formada istifadə edilə bilər. Siz də 2025-ci ilin trendlərinə uyğun olaraq yaylıqlarla öz dəb stilinizi yarada bilərsiniz.