-
- 2-08-2019, 12:04
- 771
Quş qripiylə bağlı SON DURUM
"Azərbaycanda 6 ay ərzində monitorinq aparılıb. Quş qripi aşkarlanmayıb".
News24.az xəbər verir ki, bunu açıqlamasında bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib. Onun sözlərinə görə, heyavnlarda əsasən daxili terapevtik, mövsümi xəstəliklər, qan parazitar xəstəliyi müşahidə eşidilir: "Heyvanlar arasında kütləvi tələfat halları olmayıb. Tək-tük hallarda tələfat olub".
R.Salmanov onu da əlavə edib ki, heyvanların xəstə olmasını yoxlamaq üçün burun aynasına fikir vermək lazımdır:"Burunun tüksüz nahiyyəsi həmişə nəmli olur. Bədəndə hərarət olarsa burun aynası quru olur. Qan parazit xəstəliyində əsas qızdırmanın olmasıdır. Ona görə də ilk olaraq heyvanın burun aynasına fikir versinlər, vaxtında həkimə müraciət etsinlər".
Afaq Mirayiq