-
- 2-08-2019, 12:33
- 1 337
Agentlik heyvan xəstəliklərinin zamanında aşkarlanması üçün fermerlərə məsləhətlər verib
"Daxili terapevtik, qan parazitar və mövsümi xəstəliklərdən heyvanlar arasında tək-tək tələfat ola bilər".
News24.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.
R. Salmanov deyib ki, xüsusi təhlükəli xəstəliklərdən fərqli olaraq, daxili terapevtik, qan parazitar və mövsümi xəstəliklər heyvan sahibinin vəsaiti hesabına müalicə olunur: "Ancaq hansısa xəstəlikdən kütləvi tələfat halı qeydə alınmayıb. Məsələn, qan-parazitar xəstəlikləri baş verəndə vaxtında baytara müraciət edilməyən zaman tələfat ola bilir. Xüsusi təhlükəli xəstəliklər büdcə vəsaiti hesabına, qan-parazitar və mövsümi xəstəliklər heyvan sahiblərinin vəsaiti hesabına müalicə olunur. Bunun üçün zamanında heyvan sahibləri baytara müraciət etməlidir".
Şöbə müdiri deyib ki, sağlam heyvanların tükü sığallı, burunun tüksüz yerləri - burun aynası həmişə nəmli olur: “Bədəndə temperatur 1 dərəcə yüksələndə burun aynası quruyur. Qan-parazitar xəstəliklərində 1 sutka keçəndən sonra baytar həkim çağırılır, bu da gecə olur. Qan-parazitar xəstəliklərinin əsas törədicisi gənələrdir. Vaxtı keçəndən sonra o heyvanı həyata qaytarmaq mümkün deyil".
Afaq Mirayiq