Azərbaycanda ağır qəza: ölən var
    • 22-03-2025, 10:37
    • 1 928

Azərbaycanda ağır qəza: ölən var


Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Elnur Mail oğlu Mədətov yolu keçən zaman avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.