
-
- 24-03-2025, 23:00
- 433
Yamal Millətlər Liqasının tarixinə düşdü
UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Niderlandla cavab oyununda İspaniyanın cinah oyunçusu Lamin Yamal qol vuraraq turnirin tarixi rekorduna imza atıb.
News24.az xəbər verir ki, Lamin turnir tarixinin ən gənc qolçusu olub. Qarşılaşma vaxtı ispaniyalı 17 yaş 258 günlük olub. Əvvəllər rekord Yamalın həmyerlisi və “Barselona”dakı komanda yoldaşı Qaviyə məxsus idi . O, 17 yaş 304 gündə qol vurub.
Xatırladaq ki, meydan sahibləri penaltilər seriyasında qalib gələrək (3:3, 5:4 pen.) turnirin yarımfinalına yüksəlib. İspaniya millisi UEFA Millətlər Liqasının hazırkı qalibidir. O, sonuncu turnirin finalında Xorvatiyaya qalib gəlib (0:0, 5:4 pen.)./Publika.az