Siyəzəndə iki nəfəri maşın vurdu
    • 2-08-2019, 23:17
    • 863

Siyəzəndə iki nəfəri maşın vurdu

Bu gün Siyəzəndə yol-qəza hadisəsi baş verib.
News24.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonda şadlıq saraylarının birinin qarşısında baş verib.
Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakinləri – 62 yaşlı Abbasov Muxtar Şükür oğlunu və 18 yaşlı Nərimanov Hökmulla Rəsul oğlunu vurub.  Hər iki şəxs Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. M.Abbasovun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb, H.Nərimanov isə ambulator müalicə üçün evə buraxılıb. 
Faktla bağlı araşdırma aparılır.