
-
- 23-03-2025, 16:00
- 154
Xusanov “Real”ın formasını imzalamadı
“Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov bir azarkeşin Madrid “Real”ının formasını imzalaması xahişini rədd edib.
News24 az xəbər verir ki, hadisə futbolçu Özbəkistan millisinin düşərgəsində olarkən baş verib.
Məlumata görə, Xusanov müqavilə öhdəliklərinə əsasən yalnız “Mançester Siti” və ya Özbəkistan milli komandasının formalarını imzalaya bilər. /qol