Kim daha çox yaşayır: qadınlar, yoxsa kişilər?
    • 3-08-2019, 01:23
    • 1 269

Kim daha çox yaşayır: qadınlar, yoxsa kişilər?

Avropada kişilər qadınlardan az yaşayır. Bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının hesabatında yer alıb.

News24.az xəbər verir ki, hesabat dünyanın 53 ölkəsindən 9 milyon insana dair araşdırmanı əhatə edir. 
Araşdırma nəticəsində müəyyən edilib ki, cinslər arasında ömür fərqi orta hesabla 7,5 ildir. Burada hesab heç də kişilərin xeyrinə deyildir. Məsələn, 2010-cu ildə Avropada qadınlar orta hesabla 80 il, kişilər isə 72,5 il yaşayırdılar. Alimlər fərqi həyat tərzi və iş şəraiti ilə izah ediblər.

Ekspertlərin sözlərinə görə, qadınlarla kişilərin ömür göstəriciləri arasında fərq daha çox Belarus, Estoniya, Qazaxıstan, Litva, Monteneqro, Rusiya və Ukraynada, ən az isə İsrail, İslandiya, Hollandiya, İsveç və Britaniyadadır.