
-
- 24-03-2025, 09:00
- 152
Borçalı bağ massivində kişi meyiti tapıldı
Mingəçevirdə 53 yaşlı kişinin meyiti tapılıb.
News24.az "Report"a istinadən xəbər verir ki, Tovuz rayonu Aşağı Ayıblı kənd sakini 1972-ci il təvəllüdlü M.Yusifovun Mingəçevir şəhəri Borçalı bağ massivində üzərində heç bir zorakılıq əlaməti olmayan meyiti aşkarlanıb.
Onun ölüm səbəbləri hələ bəlli deyil. Faktla bağlı araşdırma aparılır.