İbrahim Çingiz xəstəxanaya yerləşdirildi
    • 26-03-2025, 16:15
    • 390

İbrahim Çingiz xəstəxanaya yerləşdirildi

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu haqda sənətçi instaqram səhifəsində məlumat verib.

İbrahim əsən əlinin videosunu çəkərək “Bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni, Azərbaycan kinosu!” şərhi ilə izləyiciləri ilə bölüşüb.

Məsələ ilə bağlı OLAY-ın əməkdaşı İ.Çingizlə əlaqə saxlayıb. 

Aktyor qısa olaraq redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, çəkiliş meydançasında o körpücük sümüyünü zədələyib və barmağını sındırıb.

Qeyd edək ki, İ.Çingiz bir sıra məşhurların rol aldığı Bakı Media Mərkəzinin layihəsi olan “44” adlı ekran əsərinə çəkilir. Bu film 44 günlük Vətən müharibəsindən bəhs edir. /olay