Bakıdan qonaq getdiyi evdə faciəvi şəkildə öldü
    • 24-03-2025, 10:41
    • 1 066

Bakıdan qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb.

News24.az bildirir ki, hadisə martın 24-ü səhər saatlarında Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun m*yiti yaşadığı evin hamamında aşkarlanıb. Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Məmmədov bayram tətilini doğulduğu rayonda keçirmək üçün Bakıdan Zaqatalaya gəlibmiş.