Qəbələdə kliniki ölüm keçirdiyi deyilən şəxsi QONŞUSU YUMRUQLAYIB
    • 3-08-2019, 13:32
    • 845

Qəbələdə kliniki ölüm keçirdiyi deyilən şəxsi QONŞUSU YUMRUQLAYIB

Qəbələ rayonunda kliniki ölüm keçirdiyi bildirilərək dəfn edilən şəxsin yumruq zərbəsi nəticəsində dünyasını dəyişdiyi məlum olub.

News24.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu il iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.

Onun kliniki ölüm keçirməsi bildirilib və avqustun 1-də kənd qəbristanlığında dəfn edilib.

Araşdırmalarla həmin gün qeyd edilən kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu (baş nahiyəsinə) yumruqla vurduğundan ölməsi müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.