"Kurtlar vadisi"nin məşhur aktyoru ÖLDÜ - FOTO
    • 3-08-2019, 14:02
    • 2 397

"Kurtlar vadisi"nin məşhur aktyoru ÖLDÜ - FOTO

"Kurtlar vadisi" serialının məşhur aktyoru dünyasını dəyişib. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ekran işində Settar Zazaoğlu obrazını canlandıran aktyor Cengiz Sezici ötən gün nəfəs alma problemi yaşadığı üçün xəstəxanaya müraciət edib. Həkimlərin müdaxiləsinə baxmayaraq C.Sezici bu gün səhər saatların vəfat edib. 

Qeyd edək ki, Cengiz Sezici "Aşka Sürgün", "Kırık kanatlar", "Kaçak", "Geniş aile", "kül ve ateş" seriallarında da rol alıb.