
-
- 26-03-2025, 12:01
- 453
Fransa təyyarələri havada toqquşdu - ANBAAN VİDEO
Fransa Hərbi Hava Qüvvələrinə məxsus akrobatik uçuşlar həyata keçirən iki təyyarə Fransanın şimal-şərqindəki Sen-Dizier bölgəsində məşq zamanı havada toqquşub.
News24.az xəbər verir ki, Fransa-Almaniya istehsalı olan Alpha reaktiv təyyarələrinin toqquşmasından sonra iki pilot və bir sərnişin ejektor oturacaqlardan istifadə edərək qəzadan xilas olub.
Fransa ordusundan verilən açıqlamada paraşütlə yerə enən sərnişin və pilotların huşunun yerində olduğu bildirilib.
Hadisə zamanı 1 nəfərin yaralandığı, reaktiv təyyarələrdən birinin bölgədə silosun yerləşdiyi əraziyə düşməsi nəticəsində yanğının başladığı bildirilib.
Fransanın müdafiə naziri Sebastien Lecornu sosial media hesabından verdiyi açıqlamada bölgəyə təcili xidmət qruplarının göndərildiyini və hadisə zamanı yüngül yaralanan 1 nəfərə tibbi yardım göstərildiyini bildirib.
Günel Məlikzadə
