Azərbaycanda ağır qəza - Ölən və yaralanan var
    • 27-03-2025, 14:25
    • 1 188

Azərbaycanda ağır qəza - Ölən və yaralanan var

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "BMW" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.