Bakıda qaçaqmalıçılıqla məşğul olan qadınlar yaxalandı – ƏMƏLİYYAT
    • 4-08-2019, 12:38
    • 875

Bakıda qaçaqmalıçılıqla məşğul olan qadınlar yaxalandı – ƏMƏLİYYAT

Qaçaqmalçılıqla məşğul olan 2 qadın barəsində cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, K.Gülməmmədova və G.İsgəndərova külli miqdarda dəyəri olan qaçaqmalı ölkədən çıxararkən ələ keçib. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü, yəni, qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə cinayət işi açılıb.
Artıq hər iki qadına ittiham elan edilib.