Bakının mərkəzində küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT
    • 4-08-2019, 12:42
    • 1 323

Bakının mərkəzində küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda qadına qarşı soyğunçuluq əməli törədilib.
News24.az-ın məlumatına görə, Nəsimi rayonu ərazisində naməlum şəxs S.İsmayılovaya hücum edərək ona zor tətbiq edib. Həmin şəxs qadının içərisində pul, sənədlər və digər əşyalar olan çantasını əlindən alaraq qaçıb.
Polis əməkdaşları tərəfindən hadisəni törədən Mahmudov Xəyal Camal oğlu tutulub. Aparılan əməliyyat tədbirləri nəticəsində onun yeri müəyyənləşdirilib və soyğunçu yaxalanaraq istintaqa təhvil verilib.
Küçədə yaşlı qadını izləyərək hücum edən X.Mahmudov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü, yəni, soyğunçuluq - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə maddəsi ilə cinayət işi açılıb.