Bakıda ata və oğluna zor tətbiq edib SOYDULAR
    • 30-06-2019, 15:15
    • 840

Bakıda ata və oğluna zor tətbiq edib SOYDULAR

Bakıda soyğunçuluq hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, naməlum şəxs Qurbanov Şükran Ariz oğlu ilə İsmiyev Ağazadə Şükran oğluna hücum edərək onları soyub. Ata və oğluna zor təbiq edən şəxs onların üzərindəki pulu götürərək qaçıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Valehov Fəhmin Elşən oğlu tutulub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü, yəni, soyğunçuluq - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə maddəsi ilə iş açılıb.