Bu sağlamlıq problemi də tibbi sığorta hesabına qarşılanır
    • 29-03-2025, 09:12
    • 277

Bu sağlamlıq problemi də tibbi sığorta hesabına qarşılanır

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.


News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.


Məlumata görə, adıçəkilən müraciət üzrə xanımların müayinəsi və testlərin aparılması tibb müəssisələrində tibbi sığorta hesabına həyata keçirilir.


Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələrlə uşaqlıq polipləri, miomalar və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına aradan qaldırılır.


Agentlikdən qeyd edilib ki, kişilərdə də sonsuzluqla bağlı bəzi xidmətlər sığorta hesabına edilir.


Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər.