"Sədərək" ticarət mərkəzində 900 kv.m. ərazi yandı - FHN
    • 5-08-2019, 11:06
    • 958

"Sədərək" ticarət mərkəzində 900 kv.m. ərazi yandı - FHN

“Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.