
-
- 28-03-2025, 17:35
- 492
Niyə kişilər ideal qadınları tərk edirlər?
Məlumdur ki, bir çox qadınlar yaxşı həyat yoldaşı olmağı erkən yaşlarından öyrənirlər. Onlara bu xüsusiyyət daha çox irsən keçir. Çünki anaları və nənələri onlara güzəştə getməyi bacarmaq, səbrli və tərbiyəli olmaq ideyasını aşılayırdılar. Amma bir reallıq var ki, belə qadınlar həyatda daha çox xəyanətə və tərk edilməyə məruz qalırlar.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, aparılan testlər və araşdırmalar sübut edib ki, dözümlülük və səbr çox zaman sıxıcı durum yaradır.
Eyni zamanda təvazökar qadınlar kişilərlə münasibətlərdə dərin balanssızlıq yaradır. Çünki onlar bir qayda olaraq güzəştə gedirlər.
Belə qadınlar çox vaxt reallıqları ortaya qoymaqdan çəkinirlər, güzəştə getmək yolunu seçirlər. Onlar elə hesab edirlər ki, layiqli sevgini və diqqəti dayandırsalar, hər şeyi itirəcəklər. Ancaq bir həqiqət var ki, kişini həmişə əldə saxlamaq mümkün deyil.
İlk baxışdan elə görünə bilər ki, kişilər yanlarında həmişə sadiq və qüsursuz bir qadın görmək istəyirlər. Ancaq həddindən artıq güzəştlər və daimi təriflər yoldaşın səmimiyyətinə şübhə yarada bilər. Qadın hər şeyin yaxşı olmasına çalışdıqca, kişi vəziyyətin saxtalığını və süniliyini hiss etməyə başlayır.
Bəzən kişilərdə belə suallar yaranır: Niyə o, əsl hisslərini gizlədir? Bu isə qarşılıqlı etimadı riskə atır.
Digər tərəfdən, kişi sadəcə olaraq cansıxıcı bir varlığa çevrilir. Qadın öz istək və ehtiyaclarını nəzərə almadıqda ətrafdakılar, o cümlədən əri də onunla istənilən kimi yox, öz istədiyi kimi davranmağa başlayır. Beləcə sevdiyi kişinin kölgəsində yaşayan və qarşılaşdığı hər şeylə razılaşan qadın getdikcə maraq dairəsindən çıxır. Kişi isə yeni macəra, ən azından təzadlı və rəngli bir münasibət axtarır. Beləcə ailəsinə sadiq, güzəştə gedən və səbrli qadınlar bir qayda olaraq aldadılır və tərk edilir.