
-
- 28-03-2025, 18:30
- 883
Məktəb davası faciəyə çevrildi - 13 yaşlı oğlan 14 yaşlı qızı güllələdi
ABŞ-ın Texas ştatında dəhşətli qətl hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə “People” qəzeti yazıb.
Məlumata görə, 13 yaşlı oğlan eyni məktəbdə təhsil aldığı 14 yaşlı qızı güllələyib.
Hadisə şahidlərinin sözlərinə görə, məktəb avtobusunda yeniyetmələr arasında dava baş verib. Bundan sonra təqsirləndirilən şəxs evə gedib tamamilə qara geyinərək qızın axtarışına çıxıb. Onu silahla 4 dəfə güllələdikdən sonra qaçmağa çalışsa da, həbs olunub.
Qızın anası övladının xəstəxanaya aparılarkən hələ sağ olduğunu, lakin həyatını xilas etməyin mümkün olmadığını bildirib.
Polis hadisə zamanı yaxınlıqdakı şəxslərdən birinin də yaralandığını açıqlayıb.