Qiyamət günü GƏLDİ: Sadəcə bu şəxslər sağ ÇIXACAQ
    • 29-03-2025, 13:21
    • 9 743

Qiyamət günü GƏLDİ: Sadəcə bu şəxslər sağ ÇIXACAQ

Qiyamət günü ilə bağlı müxtəlif fərziyyələr və proqnozlar irəli sürülməyə davam edir. 

News24.az-ın xarici mediaya istinadən xəbərinə görə, İslam inancına görə, Qiyamət gününün vaxtını yalnız Allah bilir və bu məlumat insanlardan gizli saxlanılır. 

Qurani-Kərimdə bu barədə belə buyurulur: "Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: 'Bu haqda bilgi ancaq Rəbbimə aiddir.'" 

Bəzi şəxslər və alimlər Qiyamət gününün tarixi ilə bağlı fərziyyələr irəli sürüblər. Məsələn, məşhur fizik İsaak Nyutonun bəzi yazılarında 2060-cı ilin bu hadisənin baş verəcəyi il kimi qeyd edildiyi bildirilir. Lakin Nyutonun özü də bunun dəqiq bir proqnoz olmadığını vurğulamışdır. 

Digər tərəfdən, bəzi mənbələrdə qlobal iqlim dəyişikliyi və onun nəticələri ilə bağlı proqnozlar verilir. Məsələn, bəzi xəbərlərdə 2100-cü ildə iqlim dəyişikliyinin ciddi təsirləri olacağı bildirilir. 

Bəzi mənbələr isə bildirir ki, qiyamət günün yaxınlaşması ilə bağlı bir çox sübutlar var. Məsəl üçün quraqlığın, zəlzələlərin və təbii fəlakətlərin artması və s. Gözləntilərə görə 2026-2030-cu illər arasında bu hadisənin baş verməsi realdır. 

Aqil