Bu mövsüm "Qalatasaray" ilk dəfə məğlub oldu
    • 30-03-2025, 16:24
    • 416

Bu mövsüm "Qalatasaray" ilk dəfə məğlub oldu


Türkiyə Superliqasının 29-cu turunda “Beşiktaş” öz meydanında “Qalatasaray”ı qəbul edib.

Axar.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Belələliklə, 28 oyundan birinci pillədə qərarlaşan “Qalatasaray”ın aktivində 71 xal var. Komandanın ən yaxın təqibçisi “Fənərbağça” isə 27 oyuna 65 xal toplayıb. “Beşiktaş” 27 oyuna 47 xal qazanıb, “qara qartallar” dördüncü pillədədirlər.

Qeyd edək ki, “Qalatasaray” ölkə çempionatında bu mövsüm ilk dəfə məğlub olub.