Türkiyənin hərbi qulluqçusu Azərbaycanda səfərdədir
    • 5-08-2019, 13:19
    • 488

Türkiyənin hərbi qulluqçusu Azərbaycanda səfərdədir

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəlib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edən səfər çərçivəsində türkiyəli heyətin Bakı, Gəncə, Şəmkir, İsmayıllı və Şəki şəhərlərinə  ekskursiyası təşkil edilib.

Qonaqlar ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından  tanış olub, milli mətbəximizin yemək və şirniyyatlarından dadıblar.