-
- 5-08-2019, 14:20
- 991
6-cı mərtəbədən yıxılıb sağ qalan qadın - BAŞQA XƏSTƏXANAYA KÖÇÜRÜLDÜ
Bakının Xətai rayonunda 6-cı mərtəbənin eyvanından yerə yıxılan Əliyeva Tamara Vaqif qızı 1 saylı Tibbi Mərkəzdən Tibb Universitetinin Cərrahiyə Klinikasına köçürülüb.
Klinikadan News24.az-a verilən məlumata görə, xəstə əməliyyat olunacaq, bu səbəbdən köçürülüb.
Cərrahiyə Klinikasının həkimi Cəfər Nəsirlinin News24.az-a verdiyi açıqlamaya görə, hazırda Əliyeva Tamaranın vəziyyəti orta ağırdır. Onun sözlərinə görə, xəstə sabah əməliyyat olunacaq: "Çoxsaylı sınıqları var. Amma bununla belə yerimə ehtimalı var. Daxili orqanlarında, bel nahiyyəsində hər hansı xəsarət almayıb".
Qeyd edək ki, avqustun 2-də 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.
Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Afaq Mirayiq