Bu, uşaqlarda böyümə geriliyinə səbəb ola bilər - DİQQƏT
    • 1-04-2025, 22:00
    • 450

Bu, uşaqlarda böyümə geriliyinə səbəb ola bilər - DİQQƏT

Uşaqlarda və böyüklərdə rast gəlinən adenoid (burun-udlaq badamcığı) böyüməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

News24.az bildirir ki, tez-tez təkrarlanan xəstəliklər, xroniki xoruldama və nəfəs almaqda çətinlik kimi hallar adenoid böyüməsinin əlamətləri ola bilər.

Adenoid nədir?

Burun ilə boğaz arasında yerləşən və üzüm salxımı formasında olan adenoid bədən üçün vacib bir toxumadır. Burundan daxil olan bakteriya və virusları tutaraq, immun sistemin onlarla mübarizə aparmasına kömək edir. Lakin adenoid böyüyərsə və ya iltihablanarsa, sağlamlıq problemləri yarada bilər. Bu halda həkimlər cərrahi müdaxiləni tövsiyə edə bilərlər. Adenoid götürüldükdən sonra uşaqlarda xəstəliklərə qarşı müqavimət artır.

Adenoid böyüməsinin əlamətləri

Adenoidin böyüməsi müxtəlif simptomlarla özünü göstərə bilər:

Daimi ağızdan nəfəs alma

Burundan nəfəs almaqda çətinlik

Nəfəs alarkən səs çıxarma

Burun tutulması və danışıqda dəyişiklik

Yuxu apnesi və xoruldama

Təkrarlanan qulaq infeksiyaları

Uşaqlarda yuxusuzluq, iştahsızlıq və böyümə geriliyi

Çənə və üz sümüklərində inkişaf pozuntusu

Sidik qaçırma

Tez-tez rast gəlinən orta qulaq iltihabı, sinusit, öskürək və baş ağrısı

Böyümə geriliyinə səbəb ola bilər

Adenoidin böyüməsi və iltihablanması, uşaqlarda yuxu keyfiyyətini aşağı salır. Bu isə böyümə hormonu ifrazının azalmasına və inkişaf geriliyinə yol aça bilər. Eyni zamanda, ağızdan nəfəs alan uşaqlarda diş quruluşu pozulur və çürümə halları artır.

Cərrahi müdaxilə nə zaman lazımdır?

Adenoid böyüyərək nəfəs almağı çətinləşdirirsə, yuxu apnesinə səbəb olursa və ya danışıq problemləri yaradırsa, cərrahi müdaxilə vacib olur. Bu halda həkimlər adenoidin əməliyyatla götürülməsini tövsiyə edirlər.

Adenoid necə müalicə edilir?

Adenoid problemi ilkin olaraq dərmanlarla müalicə edilə bilər. Ancaq infeksiya davamlı hala gəldikdə və immunitetə mənfi təsir göstərməyə başladıqda əməliyyat qaçılmaz olur. Əməliyyat ümumi narkoz altında ağız yolu ilə həyata keçirilir və xəstəxanada 12-24 saat nəzarətdə saxlanıla bilər./Pravda.az