-
- 5-08-2019, 17:11
- 1 070
"Təki-Vətən yaşasın"- Millət vəkili şəhidlə bağlı filmin təqdimatında
Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidimiz Pərvin Əliyev haqqında çəkilmiş “Təki Vətən yaşasın” adlı filmin təqdimat mərasiminə qatılıb. Millət vəkili tədbirdə çıxış edib. O, televiziyalara, məktəblərə, hərbi hissələrə, iş adamlarına, təşkilatlara çağırış edib.
News24.az-ın xəbərinə görə, H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutan tədbirdə şəhid anaları , qazilər, millət vəkilləri, şəhid P.Əliyevin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək bildirib ki, nə qədər Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq: “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq”.
Q.Paşayeva çıxışında televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb: “Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Pərvin Əliyev kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalı, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq. Qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmlıdır”.
Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib: “Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. O gün uzaqda deyil, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”.
“Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi” deyən millət vəkili şəhid ailələrinə səslənib: “Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”.
Tədbirdən sonar Q.Paşayeva şəhid ailələri ilə görüşüb.
https://www.youtube.com/watch?v=ULYz395mnk4