-
- 21-08-2019, 18:03
- 798
Millət vəkili ÇAĞIRIŞ ETDİ
Millət vəkili Qənirə Paşayeva Mudafiə Nazirliyi Mədəniyyət Mərkəzi və "Şəhid övladları və kimsəsiz usaqlara yardim" İB-nin təskilatçılığı ilə düzənlənmiş tədbirdə çıxış edib.
News24.az-ın məlumatına görə, şəhid pilot, mayor Təbriz Musazadəyə həsr olunmus tədbirdə çıxış edən millət vəkili onun qəhrəmanlıq yolundan danışıb və gənclərə çağırış edib.
Tədbirdə şəhid anaları, qazilər, millət vəkilləri, şəhid T.Musazadənin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Millət vəkili Q.Paşayeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq: “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik. Təbriz Musazadənin ömür yolu bugünki gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq”.
Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb: “Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Təbriz Musazadə kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərimiz, hər birimiz fəal olmalıyıq. Qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunması çox vacibdir.
Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib: “Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışını xatırladan Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” deyib. Q
Millət vəkili “Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz” deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=GauSyFCzCN8