Məşhur azərbaycanlı aparıcının əri həbs edildi – Terror təşkilatı üçün…
    • 5-08-2019, 17:12
    • 1 602

Məşhur azərbaycanlı aparıcının əri həbs edildi – Terror təşkilatı üçün…

ANS-in keçmiş aparıcısı Elnarə Təhməzovanın həyat yoldaşının həbs xəbəri yayılıb. 

News24.az-in Minval.info-ya istinadla verdiyi məlumata görə, 2015-ci ilin avqustun 8-də ərə gedən aparıcı Elnarənin əri məşhur biznesmen Hacı Rövşən ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

İddia olunur ki, o, terror təşkilatı üçün 500 milyon dollar çirkli pul yumaqda ittiham olunub və məhkəmənin qərarı ilə ABŞ-da Rza Zərrabın da cəza çəkdiyi həbsxanaya yerləşdirilib.

Son illər Elnarə və həyat yoldaşı Dubayda yaşasa da, ərinin həbsindən sonra aparıcı bugünlərdə Bakıya qayıdıb.