
-
- 3-04-2025, 02:00
- 468
Bir ailənin beş üzvü yol qəzasında öldü
Türkiyədə Adana-Kozan avtomobil yolunun Dağılcak hissəsində minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub.
Yenisabah.az xəbər verir ki, minik avtomobilinin sürücüsü Zeynel Güleç, həyat yoldaşı və 3 övladı qəza nəticəsində həlak olublar.
Mikroavtobusda olan 8 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib, araşdırma aparılır.