Rusiyada təyyarə qəzaya uğradı, pilot həlak oldu
    • 3-04-2025, 04:14
    • 399

Rusiyada təyyarə qəzaya uğradı, pilot həlak oldu


Rusiyanın İrkutsk əyalətində Tu-22M3 təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, strateji raketdaşıyan Tu-22M3 təyyarəsi İrkutsk əyalətinin insanlar olmayan ərazisində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. 4 ekipaj üzvü katapult edə bilib, lakin ekipajın komandiri həlak olub.

İlkin məlumatlara görə, hadisəyə səbəb texniki nasazlıq olub.