Maliyyə mübahisəsi - atışmaya çevrilib
    • 6-04-2025, 09:42
    • 261

Maliyyə mübahisəsi - atışmaya çevrilib

Mahaçqalada ticarət mərkəzində atışma zamanı bir nəfər ölüb. 

News24.az bildirir ki, bu barədə Dağıstan üzrə İstintaq Komitəsinin ( İK) mətbuat xidməti məlumat yayıb. Hadisə ticarət mərkəzinin yeraltı dayanacağında baş verib. Münaqişə tərəfləri ticarət mərkəzinin sahibi və icarədarlardan biri olub. Kişilər maliyyə məsələsinə görə mübahisə ediblər.

Ölənlərdən başqa atışmanın daha iki iştirakçısı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, münaqişə nəticəsində müdafiə müəssisəsinin yüksək rütbəli əməkdaşı xəsarət alıb. 

Səma