Xidmətə yararsız olanlar bu sahələrdə ÇALIŞA BİLMƏZ
    • 3-04-2025, 16:30
    • 299

Xidmətə yararsız olanlar bu sahələrdə ÇALIŞA BİLMƏZ

Hərbi xidmətə yararsız insanları ən çox narahat edən məsələlər sırasında gələcəkdə fəaliyyət göstərmək istədikləri sahələr dayanır.

Bəs sözügedən şəxslər hansı sahələrdə çalışa bilməzlər?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bu həmin şəxsin hansı səbəbdən hərbi xidmətə yararsız hesab edilməsindən asılıdır:

“Bir qayda olaraq həmin şəxslər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərə bilməzlər. Çünki burda fiziki imkanlar tələb olunur, yararsız sayılan şəxslər əlbəttə ki, sözügedən sahədə çalışa bilməzlər” - deyə o, bildirib.

Sahib Məmmədov əlavə edib ki, hansısa sahədə əlilliyi olan şəxs də təbii ki, bəzi sahələrdə işləyə bilməz:

“O baxır əlillik dərəcəsinə və işləmə qabiliyyətinə... Ancaq, bir qayda olaraq qeyd edilənlərdən əlavə digər sahələr üzrə ciddi məhdudiyyətlər yoxdur”.