"Porsche" şirkəti tank istehsalına başlayır
    • 4-04-2025, 04:23
    • 308

"Porsche" şirkəti tank istehsalına başlayır

Almaniyanın "Porsche" şirkəti itkilərə görə yenidən tank istehsalına başlamaq qərarına gəlib. 

 News24.az unikal-a istinadənxəbər verir ki, bu barədə "Europäische Sicherheit & Technic" məlumat yayıb.

Qərar "Porsche" üçün 20 milyard avro itki ilə başa çatan Alman avtomobil sənayesi üçün uğursuz ildən sonra verilib. Şirkətin menecerləri bildiriblər ki, onlara qənaət və biznes üçün yeni istiqamət lazımdır.

Qeyd olunur ki, "Porsche" müdafiə layihələrinə 2 milyard avroya qədər sərmayə qoya bilər. Xüsusilə, şirkət dron istehsalçısı "Quantum Systems"ə artıq vəsait göndərib.

İkinci Dünya Müharibəsi illərində "Porsche" şirkəti "Tiger" tankının, "Ferdinand" tank məhvedicisinin, super ağır "Maus" tankının və s. istehsalı ilə məşğul olub. Sonradan istehsalçı "Leopard 1" tankının yaradılmasında iştirak edib.