Təcili yardım yük maşını ilə toqquşdu...
    • 4-04-2025, 06:04
    • 285

Təcili yardım yük maşını ilə toqquşdu...

Türkiyənin Kayseri vilayətində təcili yardım maşını ilə yük maşını toqquşub. 

News24.az Avtosfer.az-a  istinadən xəbər verir ki, qəza nəticəsində biri xəstə olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarma və sağlamlıq qrupları gəlib. 

Qəzada yük maşını sürücüsü və təcili yardım maşınında olan biri xəstə olmaqla, ümumilikdə 5 nəfər təcili yardımla müxtəlif xəstəxanalara aparılıb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.