Aprel ayında qar XƏBƏRDARLIĞI: Temperatur kəskin ENƏCƏK
    • 3-04-2025, 18:30
    • 18 273

Aprel ayında qar XƏBƏRDARLIĞI: Temperatur kəskin ENƏCƏK

Aprelin 5-də Moskvada havanın temperaturu kəskin enəcək, aprelin 6-da isə qar yağacaq. 

News24.az "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bu barədə paytaxt sakinlərinə xəbərdarlıq edib. 

"Moskvada rahat isti hava aprelin 4-nə kimi davam edəcək. Günortadan sonra küləyin dövranı dəyişəcək, şimaldan əsəcək, sinoptik qeyd edib. Küləyin sürəti saniyədə 17 metrə çatır".

Şənbə günü, aprelin 5-də havanın temperaturu ötən günlə müqayisədə 6-7 dərəcə aşağı, eyni zamanda 6-8 dərəcə isti təşkil edəcək. Aprelin 6-da gecə saatlarında şəhərdə mənfi 1-6 dərəcə soyuq olacaq, gündüz termometr 2 dərəcə şaxtadan yuxarı qalxmayacaq. 

Aqil