
-
- 4-04-2025, 09:18
- 267
648 nəfər dönərdən ZƏHƏRLƏNDİ
Türkiyədə bir iş yerindən toyuq dönəri alan bəzi şəxslər ürəkbulanma və qusma şikayəti ilə xəstəxanalara müraciət ediblər.
News24.az xəbər verir ki, zəhərlənmə əlamətləri olan 648 nəfər müxtəlif xəstəxanalarda müalicə olunub.
Xəstələr edilən müdaxilələrdən sonra evə buraxıldığı və 2 nəfərin vəziyyətinin ağır olduğu öyrənilib.
Onu da qeyd edək ki, həmin müəssisə müvəqqəti olaraq bağlanıb, iş yerinin sahibləri isə həbs edilib.
Günel Məlikzadə