
-
- 4-04-2025, 13:49
- 279
Binəqədidə iki nəfər iş yerində öldü
Bakıda 62 yaşlı kişi iş yerində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu Ordubadi küçəsində inşa edilən “Binəqədi Rezidens” kompleksində qeydə alınıb.
1963-cü il təvəllüdlü C.Quliyev kompleksin sanitar qovşağında dünyasını dəyişib.
Oxşar hadisə Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində yerləşən mağazada da baş verib. Orada işləyən 1966-cı il təvəllüdlü R.Mahmudov iş başında olarkən halının pisləşməsi səbəbindən vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.