-
- 6-08-2019, 11:43
- 1 170
Yevlaxda narkoplantasiya aşkar edildi - 1 TON 152 KİLOQRAM ÇƏTƏNƏ
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb. R. Məmmədovun kənd qəbiristanlığının yaxınlığındakı 0.05 hektar torpaq sahəsini zəbt edərək həmin ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi təmiz çəkisi 1 ton 152 kiloqram, uzunluğu 1 metrdən - 4 metrədək olan 192 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin ərazidə axtarış zamanı oradan əlavə olaraq 605 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.