Bakıda 85 yaşlı qadın evində ÖLÜ TAPILDI
    • 6-08-2019, 14:56
    • 1 164

Bakıda 85 yaşlı qadın evində ÖLÜ TAPILDI

Bakının Nəsimi rayonunda 1 nəfər mənzilində ölü tapılıb. 

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1934-cü il təvəllüdlü  Kvartikova Mina Fyodorovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.