"Qara yara"ya yoluxan 58 yaşlı kişidən- XƏBƏR VAR
    • 7-08-2019, 11:13
    • 1 248

"Qara yara"ya yoluxan 58 yaşlı kişidən- XƏBƏR VAR

Sabirabadda "qara yara"ya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb. 

News24.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq.

Qeyd edək ki, Sabirabadda iki nəfər "qara yara"ya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.

"Qara yara" xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır, xəstəlik insandan insana keçmir. 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. İniyədək yalnız bir nəfər "qara yara" xəstəliyindən dünyasını dəyişib. /trend/