Emin Ağalarovun bacısı avtomobil qəzasına düşdü
    • 7-08-2019, 11:58
    • 1 935

Emin Ağalarovun bacısı avtomobil qəzasına düşdü

Emin Ağalarovun bacısı Səbinə Ağalarova avtomobil qəzasına düşüb.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2 həftəlik istirahətdən sonra Moskvaya qayıdan S.Ağalarova "Bentley" markalı avtomobili ilə işıqforda dayanarkən, "Qazel" onun maşınına çırpılıb. 

Bu barədə Səbinə Ağalarova özü məlumat verib. O, vəziyyətinin yaxşı olduğunu, hadisənin xəsarətsiz ötüşdüyünü və qəzanın "Qazel"in sürücüsününə görə baş verdiyini bildirib.