
-
- 9-04-2025, 15:23
- 184
Tramp 3-cü dəfə prezident OLACAQ?
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə xarici siyasət, iqtisadiyyat və immiqrasiya kimi mövzulardakı mübahisəli qərarları ilə gündəmə gəlməyə davam edərkən, Trampın ikinci prezidentlik dövrü ilə bağlı All or Nothing adlı kitab yazan yazıçı Maykl Vulf Tramp haqqında ölüm proqnozunu verib.
News24.az “Mirror”a istinadən xəbər verir ki, Konstitusiyaya zidd olmasına baxmayaraq, üçüncü dəfə ABŞ prezidenti olmaq istəyən Tramp, böyük ehtimalla namizədliyini irəli sürməzdən əvvəl ölə bilər.
Müəllif Volf, Trampın ölümünün “MAGA” hərəkatının da sonunu gətirə biləcəyini proqnozlaşdırıb.
Günel Məlikzadə