Ermənistan TRIPP-lə bağlı müqaviləni təsdiqlədi

Ermənistan TRIPP-lə bağlı müqaviləni təsdiqlədi Dünya

Ermənistan hökuməti "TRIPP İnkişaf Şirkəti" ("TRIPP Development Company") QSC-nin səhmdarları arasında bağlanacaq müqaviləni təsdiqləyib.

News24.az xəbər verir ki, şirkət səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-yə məxsus olacaq.

Şirkətin Direktorlar Şurası 5 üzvdən ibarət olacaq. Onlardan üçünü ABŞ, ikisini isə Ermənistan təyin edəcək.

Müqavilə hər iki tərəfin razılığı olmadan qərarların qəbul edilməsinin mümkün olmadığı 16 istiqaməti müəyyən edəcək.