Təyyarədə bomba həyəcanı - Səfər yarım qaldı
Dünya
Soçidən Samaraya uçan sərnişin təyyarəsi göyərtədə partlayıcı qurğunun ola biləcəyi barədə məlumat daxil olduqdan sonra ehtiyat aerodroma eniş edib.
News24.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, “Boeing 737-800” təyyarəsi havada olarkən Soçi hava limanının elektron poçtuna naməlum şəxs tərəfindən təyyarədə bomba olduğu barədə məktub göndərilib. Məlumat təyyarənin uçduğu əraziyə nəzarət edən Aktöbe dispetçerlərinə, daha sonra isə ekipaja çatdırılıb.
Təyyarənin pilotu marşrutu dəyişərək ehtiyat aerodroma enmək qərarı verib. Daha sonra isə “Pan-Pan” təcili xəbərdarlıq siqnalı verərək dispetçerlərdən uçuşa prioritet dəstək istəyib. Həmçinin partlayış təhlükəsi ilə əlaqədar eniş yerinə polis çağırılıb.
16 dəqiqə sonra “Boeing 737-800” təhlükəsiz şəkildə yerə enib. Yoxlama zamanı təyyarədə heç bir partlayıcı qurğu aşkarlanmayıb.